8 Noyabr 2018 19:38
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun cavab görüşü çərçivəsində baş tutacaq "Vorskla" – "Qarabağ" matçına canlı baxmaq mümkün olacaq.

Teleqraf.com xəbər verir ki, qarşılaşma "CBC Sport" telekanalı vasitəsilə ölkəmizdə canlı yayımlanacaq.

Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

***

Bu gün Avropa Liqasında II dövrəyə start veriləcək.

Teleqraf.com xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” dövrəyə səfərdə başlayacaq. Qurban Qurbanovun yetirmələri IV turda “Vorskla” ilə qarşılaşacaq. Ukraynanın Poltava şəhərindəki görüş təmsilçimiz üçün böyük əhəmiyyətə malikdi.
Belə ki, ardıcıl üç məğlubiyyət alan “Qarabağ” səfərdən xalsız dönsə, 1/16 final ümidini itirəcək. Heç-heçə də şansların saxlanması üçün yetərli olmaya bilər. “Sportinq” “Arsenal”a uduzmasa, sülh ağdamlılar üçün məğlubiyyətə bərabər olacaq.
Qeyd edək ki, “Vorskla” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Avropa Liqası. Qrup mərhələsi, IV tur
E qrupu, 8 noyabr

00:00. "Vorskla" (Ukrayna) - "Qarabağ" (Azərbaycan)
Poltava. Aleksey Butovski adına stadion. Hakimlər: Sandro Şörer, Bekim Zoqay, Ştefan De Almeyda, Raffael Tseder, Alen Byeri, Lukas Fandrix (hamısı İsveçrə)

1

Arsenal

3

3

0

0

8-2

9

2

Sportinq

3

2

0

1

4-2

6

3

Vorskla

3

1

0

2

4-6

3

4

Qarabağ

3

0

0

3

0-6

0


Müəllif: Teleqraf.com