1 Dekabr 2018 15:49
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə taekvondo üzrə gənclər arasında “Koreya səfiri kuboku” turniri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, sayca dördüncü olan bu yarış dekabrın 4-5-də Azərbaycan Boks Federasiyasının idman zalında təşkil ediləcək.

Yarışın keçirilməsində məqsəd respublikamızda taekvondo idman növünün təbliği, inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılması, gənclərdən ibarət yığma komandanın tərkibinin müəyyənləşdirilməsi, eləcə də Azərbaycan və Koreya Respublikası arasında idman sahəsində əlaqələrin inkişafıdır.

Turnirdə respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin 2002-2004-cü il təvəllüdlü gənc idmançıları mübarizə aparacaqlar. “DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçiriləcək turnirin sonunda ilk üç yeri tutan idmançılar ATF və Koreya Respublikası səfirliyinin təsis etdiyi kubok, diplom və medallarla mükafatlandırılacaqlar.

Xatırladaq ki, 2015-ci ildən keçirilən turnir əvvəllər Qubada, Qəbələdə və Sumqayıtda keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər