19 Fevral 2019 18:47
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA İntizam Komitəsi "Səbail" klubunu 2400 manat məbləğində cərimələyib.

Teleqraf.com AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb Azərbaycan Premyer Liqasının XVII turunda keçirilmiş "Sabah"la ev matçının klubun səhlənkarlığına görə gec başlamasıdır.

Görüşün birinci hissəsi 3, ikinci yarısı isə 9 dəqiqə gec start götürüb. Bununla bağlı Hakimlər Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub.

Qeyd edək ki, qarşılaşma "Səbail"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər