“Roma” futbol klubu yeni baş məşqçisinin adını bəyan edib.
Teleqraf.com-un məlumatına görə, Klaudio Ranyeri klubun yeni baş məşqçisi təyin edilib.
Xatırladaq ki, 67 yaşlı mütəxəssis keçən həftə “Fulhem” klubundan qovulub. Ranyeri 2009-2011-ci illərdə “Roma” klubunu çalışdırıb.