13 Mart 2019 00:30
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo oynadığı böyük liqaları müqayisə edib.

Teleqraf.com xəbər verir ki, o, A seriyasında qol vurmağın daha çətin olduğunu deyib:

"Mənim üçün İtaliyada qol vurmaq İspaniya ilə müqayisədə daha çətindir. İspaniyada bütün komandalar açıq futbol oynayır. Onlar daha çox risk edirlər. İtaliyada isə müdafiəyə üstünlük verilir. İngiltərədə 5 il oynamışam. Məncə, İtaliyada qol vurmaq digərləri ilə müqayisədə daha çətindir".

Qeyd edək ki, Ronaldo bu mövsüm A seriyasında 26 matçda 19 qol vurub.


Müəllif: Teleqraf.com