Mayın 28-də Bakı Olimpiya Stadionunda final öncəsi “Arsenal” və “Çelsi” klubları sonuncu məşqlərin başa vurublar.
Teleqraf.com xəbər verir ki, hər iki komandanın futbolçuları bir sıra hərəkətlər üzrə tapşırıqları yerinə yetiriblər. Məşq prosesi yerli və əcnəbi kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Xatırladaq ki, UEFA Avropa Liqasının final matçında “Arsenal” klubu “Çelsi” komandası ilə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq. “Arsenal” qalib gələcəyi təqdirdə UEFA Avropa Liqasının kubokuna ilk dəfə sahib olacaq. “Çelsi” isə 2013-2014-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi adını qazanıb.