9 İyun 20:58

Avro-2020-nin seçmə mərhələsində iyunun 11-də millimizin qonağı olacaq Slovakiya yığması ölkəmizə gəlib.

Teleqraf.com xəbər verir ki, rəqib komanda artıq Bakıdadır. Onlar bu gün paytaxtımızda ilk məşqə çıxacaqlar.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.


Müəllif: Teleqraf.com