Azərbaycanlı FİFA referisi Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb.
Teleqraf.com xəbər verir ki, Həsənov Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək "Spartak" (Trnava, Slovakiya) – "Radnik Byelina" (Bosniya və Herseqovina) qarşılaşmasını idarə edəcək.
Onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.