11 İyul 2019 11:35
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daha 5 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.

Teleqraf.com-un Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar cüdoçular Rüfət ismayılovla Aliyə Müslümova, elədə də atlet Azər Əhmədov, velosipedçi Kiril Pozdnyakov və ağırlıqqaldıran Orxan Zeynalovdur.

Bütün idmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub. Orqanizmində metilstenbolon maddəsi tapılan İsmayılov 1 illik diskvalifikasiya olunub. Onun cəzası 22 may 2018-ci il tarixindən hesablanıb və artıq həmin müddət başa çatıb. Mürsəlova isə furosemid maddəsinə görə 24 aylıq cəzaya mərzu qalıb. Onun cəzası 11 aprel 2019-cu ildən hesablanacaq.

Orqanizmində metandienon metaboliti və mestanolon metaboliti üzə çıxan Əhmədovun da cəza müdddəti başa çatıb. Onun diskvalifikasiya müddəti 23 noyabr 2019-ci ildən 23 may 2019-cu ili əhatə edib.

Pozdnyakov metilfenidat metaboliti maddəsinə görə 24 aylıq diskvalifikasiya məruz qalıb. Onun cəzası 11 may 2019-cu ildən hesablanacaq və sanksiyanın son 6 ayı sınaq müddəti olacaq.

Ən ağır cəza isə Zeynalova verilub. Onun orqanizmində müxtəlif endogen AAS (IRMS) və klenbuterol maddələri aşkarlandığı üçün 48 aylıq cəzalanın. Onun diskvalifikasiyası 7 mart 2019-cu ildən hesablanacaq.

Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 44 idmançıya sanksiya tətbiq edib.


Müəllif: Teleqraf.com