Almaniyada keçirilən “Audi Cup” turnirinin növbəti matçında “Bavariya” ilə Türkiyənin “Fənərbağça” klubunları üz-üzə gəlib.
Teleqraf.com xəbər verir ki, “Allianz Arena”da keçirilən qarşılaşma Münhen təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb.
“Alman maşını” “Fənər”i 6:1 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, turnirin ilk matçında “Tottenhem” “Real” üzərinə 1:0 hesablı qələbə qazanıb.