11 Avqust 2019 18:00
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın “Barselona” klubunun argentinalı ulduzu Lionel Messi İspaniya La Liqasının ilk turlarını buraxa bilər.

Teleqraf.com xəbər verir ki, buna səbəb futbolçunun zədələnməsidir.

Klubun baş məşqçisi Ernesto Valverde bildirib ki, Messi avqustun 6-da komandanın məşqində zədələnib. Argentinalı hücumçu “Napoli” yoldaşlıq görüşündə meydana çıxmayıb.

Qeyd edək ki, İspaniya La Liqasının birinci turunda “Barselona” avqustun 16-da “Atletik Bilbao” ilə qarşılaşacaq.


Müəllif: Teleqraf.com