Bu gün Azərbaycan Sambo Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.
Teleqraf.com-un xəbərinə görə, İcraiyyə Komitəsinin qərarı ilə Murad Cəfərov döyüş sambosu üzrə vitse-prezident vəzifəsinə təyin edilib.
Həmçinin Murad Cəfərov federasiyanın İcraiyyə Komitəsinə üzv seçilib.
Bundan başqa, Rüfət İsmayılov da İcraiyyə Komitəsinin üzvü olacaq.