6 Sentyabr 2019 19:55
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi 4 oyunluq cəzalandırıb.

Teleqraf.com-un məlumatına görə, onun ölkə çempionatının 3-cü turunda “Kayserispor”la matçdan sonrakı açıqlaması idman qaydalarına zidd hesab edildiyi üçün bu cəza tətbiq olunub.

Beləliklə, 66 yaşlı mütəxəssis Superliqada “Kasımpaşa”, “Malatyaspor”, “Fənərbaxça” və “Gənclərbirliyi” ilə oyunlarda texniki zonada yer ala bilməyəcək. Bundan başqa, F.Terim 19 min türk lirəsi məbləğində cərimələnib.

“Qalatasaray”ın məşqçisi Ümit Davala da rəqib komandanın azarkeşlərini təhqir etdiyinə görə 3 oyunluq cəzalandırılıb, 19 min 500 türk lirəsi məbləğində cərimələnib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər