Türkiyənin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev ata olub.
Teleqraf.com xəbər verir ki, Avropa çempionu bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib.
"Bu dünyaya xoş gəldin", - deyə R.Quliyev qeyd edib.
Qeyd edək ki, Ramil Quliyevin xanımı Yekaterina Zavyalova da atletdir. Rusiyalı idmançı 2012-ci ildə keçirilən London Olimpiadasında 800 metr məsafəyə qaçışda gümüş medal qazanıb. Cütlüyün toyu ötən ilin avqustunda baş tutub.