Ağdamın “Qarabağ” komandasının ispaniyalı yarımmüdafiəçisi Dani Kintana Çinin “Chenqdu Better Siti” klubuna transfer edilib.
Teleqraf.com xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi fevralın 3-də tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Tailandda davam edən düşərgəsinə yollanacaq.
2015-ci ildən Ağdam klubunda forma geyinən D.Kintana “Qarabağ”da keçirdiyi 146 matçda 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.