8 Avqust 2020 23:10
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus" istefaya göndərdiyi baş məşqçisi Maurisio Sarrinin əvəzləyicisini tapıb.

Teleqraf.com xəbər verir ki, Turin təmsilçisini bundan sonra keçmiş futbolçu Andrea Pirlo çalışdıracaq.

Qeyd edək ki, 41 yaşlı mütəxəssis 1 ay əvvəl "Yuventus"un U-23 komandasına baş məşqçi təyin olunub. O, futbolçu karyerası ərzində 2011-2015-ci illərdə A seriyası təmsilçisinin heyətində oynayıb.


Müəllif: Teleqraf.com