UEFA Çempionlar Liqasında həftənin qoluna namizədləri açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ən gözəl qolun sahibi adı uğrunda 4 futbolçu mübarizə aparacaq. Bunlar İspaniya "Barselona"sından Luis Suares, Almaniya "Bavariya"sından Coşua Kimmix, Fransa PSJ-sindən Erik-Maksim Şupo-Motinq və "Lion"dan "Maksvel Kornedir.
Daha əvvəl 1/4 finalda "Bavariya" "Barselona"ya 8:2, "Lion" İngiltərənin "Mançester Siti" komandasına 3:1 hesabı ilə qalib gəlib. PSJ İtaliya "Atalanta"sını, Almaniya "Leyptsiq"i isə İspaniya "Atletiko"sunu eyni hesabla yenib - 2:1.
Yarımfinalda "Leyptsiq" - PSJ və "Lion" - "Bavariya" görüşləri keçiriləcək.