12 Dekabr 2020 08:28
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pari Sen-Jermen" futbol klubunun prezidenti Nasser Al-Xelayfi braziliyalı hücumçu Neymarın satış qiymətini təyin edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sport.es” bildirib.

Qeyd edilir ki, PSJ oyunçunu 100 milyon avrodan aşağı qiymətə satmayacaq.

Həmçinin bildirilir ki, rəhbərlik Neymarla müqavilənin müddətinin uzadılması imkanına optimist baxır. Ancaq hazırda bununla bağlı danışıqlarda irəliləyiş yoxdur.

Neymar PSJ-yə 2017-ci ilin yayında "Barselona"dan keçib. Transferin məbləği rekord - 222 milyon avro təşkil edib. Futbolçu Paris klubu ilə üç dəfə Fransa çempionu olub, iki dəfə ölkə Kubokunu qazanıb, həmçinin Liqa Kuboku və milli Superkuboku udub. Oyunçunun müqaviləsi 2022-ci il ilin yayına qədər qüvvədədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər