Dünyaca məşhur "France Football" nəşri futbol tarixinin ən yaxşı ikinci və üçüncü rəmzi yığmalarını açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, ikinci dərəcəli "11-lik"də Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də yer alıb.
Rəmzi komandaya mərhum müdafiəçi ilə yanaşı, Braziliya yığmasının daha 3 üzvü daxil edilib.
Qapıçı: Canluici Buffon (İtaliya)
Müdafiəçilər: Karlos Alberto Torres, Roberto Karlos (hər ikisi Braziliya), Franko Barezi (İtaliya)
Yarımmüdafiəçilər: Zinəddin Zidan (Fransa), Andrea Pirlo (İtaliya), Frank Raykard (Niderland), Alfredo di Stefano (İspaniya), Qarrinça (Braziliya)
Hücumçular: Yohan Kroyf (Niderland), Ronaldinyo (Braziliya)
Rəmzi yığmaları "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.
Qeyd edək ki, Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisinə başçılıq edib. Braziliyalı mütəxəssis 2016-cı ildə dünyasını dəyişib.