Türkiyə kubokunda 1/16 final mərhələsinə start verilib.
Teleqraf.com-un məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutub.
Evdə II liqa təmsilçisi "Darıca Gənclərbirliyi" ilə üz-üzə gələn "Qalatasaray" minimal hesablı qələbə qazanıb. 44-cü dəqiqədə Yunes Belandanın penaltidən vurduğu yeganə qol İstanbul klubunu 1/8 finala yüksəldib.