Belarusun paytaxtı Minsk büzüstü xokkey üzrə dünya çempionatını keçirmək hüququndan məhrum edilib.
Teleqraf.com Beynəlxalq Buzüstü Xokkey Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar qurumun bugünkü iclasında qəbul olunub.
Daha əvvəl "Skoda" və "Nivea" şirkətləri Belarusda keçiriləcəyi halda, yarışa sponsor olmaqdan imtina edəcəklərini açıqlayıblar.
Qeyd edək ki, dünya çempionatının 21 may - 6 iyunda Minsk və Riqada (Latviya) təşkil olunması planlaşdırılırdı.