Aprelin 4-də İstanbulda “N-Kolay İstanbul” marafonu keçirilib.
Teleqraf.com xəbər verir ki, bu il 16-cı dəfə təşkil olunan marafon İstanbul Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü ilə pandemiya qaydaları çərçivəsində baş tutub.
Dünyanın ən yaxşı səkkiz yarımarafonundan biri hesab edilən “N-Kolay İstanbul”da bu il dünya rekordu yenilənib. Belə ki, 2 min 500-dən çox iştirakçının qatıldığı marafonda kişi və qadınlar arasında birinciliyi keniyalı atletlər qazanıb. Qadınlar arasında keniyalı atlet Ruth Chepngetich 21 kilometrlik məsafəni 1 saat 4 dəqiqə 1 saniyədə tamamlayaraq dünya rekordunu təzələyib. Kişilər arasında isə Geoffrey Kamvoror 57 dəqiqə 32 saniyə nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Marafon İstanbulun Avropa qitəsinin “Yenikapı” bölgəsindən başlayıb. Tarixi yarımadanı dolaşan idmançılar başlanğıc nöqtəsinə dönüblər.