15 May 17:43

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində veteran cüdoçular arasında keçirilən beynəlxalq turnirdə iştirak edən Azərbaycan komandası finala çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Cüdoçularımız Ermənistan idmançılarını 5:0, Qırğızıstan komandasını 5:0 və Tacikistanı 3:2 hesabı ilə məğlub edib.


Müəllif: Teleqraf.com