Futbol üzrə Azərbaycan I Dizionunda qaliblər mükafatlandırılıb.
Teleqraf.com-un məlumatına görə, tədbir Bakıxanov qəsəbəsindəki "Türk Hava Yolları Futbol Mərkəzi"ndə keçirilib.
Yığıncaqda Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev də iştirak edib.
İlk olaraq "Turan-Tovuz"a bürünc, ardınca isə "Zaqatalaya" gümüş, "Neftçi-2"yə isə qızıl medallar verilib. Futbolçular və məşqçilər koronavirus pandemiyasına görə mükafatlarını özləri götürüblər.
PFL rəhbəri çempionluq kubokunu "Neftçi-2"nin kapitanı Seymur Əliyevə təqdim edib.
Tovuz təmsilçisinin heyətində 18 qol vurmuş hücumçu Vidadi Cəfərov mövsümün bombardiri mükafatına sahib çıxıb.
Qeyd edək ki, ötən mövsüm pandemiya ilə əlaqədar yarımçıq dayandırıldığından, qaliblər ayrı-ayrılıqda mükafatlandırılmışdılar.