Azərbaycan millisinin voleybolçusu Odina Əliyeva karyerasını Braziliyada davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, 31 yaşlı hücumçu bu ölkənin "Sesi" klubuna keçib.
Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova da "Sesi" klubunun formasını geyinir.