19 İyul 2021 21:25
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Paralimpiya komandası rekord sayda lisenziya ilə Tokio 2020-də Azərbaycanı təmsil edəcək.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Orxan Aslanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək ölkəmizə növbəti 35-ci lisenziyanı qazandırdı.

Bu günə qədər Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına artıq 35 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 11-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.

Qeyd edək ki, 30 iyul tarixinə qədər Milli Paralimpiya komandasının lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcəklər.

Rio 2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandasının 22 idmançısı lisenziya qazanmışdır.


Müəllif: Teleqraf.com