27 İyul 2021 16:10
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda İsraildə "Aşdod"la qarşılaşacaq "Qarabağ" səfərə bu gün yollanacaq.

Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Teleqraf.com-a verdiyi məlumata görə, komanda saat 18:00-da çarter reysi ilə İsrailə uçacaq.

Zədəli müdafiəçilər - Bədavi Hüseynovla Elvin Cəfərquliyev Aşdoda aparılmayacaq. İlk qarşılaşmada qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşən Maksim Medvedev isə kollektivlə birlikdə olacaq.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyun öncəsi mətbuat konfransı sabah Bakı vaxtı ilə saat 18:30-a nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 29-da keçiriləcək "Aşdod" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk oyun qolsuz heç-heçə ilə başa çatıb.


Müəllif: Teleqraf.com