Məşhur niderlandlı hakim Byörn Kuypers karyerasını başa vurub.
Teleqraf.com xəbər verir ki, Niderland Superkubokunda dünən keçirilən "Ayaks" - PSV görüşü (0:4) onun karyerasında son matç olub. 48 yaşlı referi sözügedən matçın baş hakimi olub.
Qeyd edək ki, Kuypers Avro-2020-nin finalının İtaliya – İngiltərə oyununu (1:1, penaltilər seriyası - 3:2) idarə etmişdi.