15 Avqust 2021 13:30
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 15-də Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının yeddinci turunun oyunları keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə rusiyalı Aleksandra Maltsevskaya ilə mübarizə aparacaq. Xanım Balacayeva Anastasiya Bondarok (Rusiya), Gülnar Məmmədova belaruslu Olqa Badelka, Ülviyyə Fətəliyeva polşalı Klaudia Kulon, Gövhər Beydullayeva rusiyalı Semyonova, Zeynəb Məmmədyarova belaruslu Yana Ilyuçuk, Türkan Məmmədyarova ukraynalı İrina Petrova, Nəsrin Babayeva rumıniyalı Mihaela Sandu, Xəyalə Abdulla estoniyalı Triin Narva, Ayan Allahverdiyeva Rumıniyanın digər təmsilçisi Obada Ema ilə qarşılaşacaqlar.

Altı turdan sonra G.Məmmədzadə 5 xalla liderlər qrupunda yer alıb. G.Məmmədova, X.Balacayeva 4, G.Beydullayeva, Ü.Fətəliyeva 3,5, Zeynəb Məmmədyarova, N.Babayeva 3, X.Abdulla, T.Məmmədyarova 2,5, A.Allahverdiyeva 2 xal toplayıblar.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər