19 Sentyabr 2021 08:24
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 2-6-da Polşanın Katovis şəhərində fudokan idman növü üzrə 25-ci Avropa çempionatı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Avropa çempionatında 8 nəfərlik heyətlə təmsil olunacaq.

Belə ki, Avropa çempionatında mübarizə aparacaq idmançılar Ülvi Məmmədov, Əsəd İmanov, Nicat Əsədov, Elməddin Səlimli ilə yanaşı, Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Gündüz Vəliyev, məşqçilər Xəyal Fərhadov və Əmirqulu Quliyev də yarışa yollanacaqlar.

Qitə çempionatında 30-dan çox ölkə iştirak edəcək.


Müəllif: Teleqraf.com