Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki kaate üzrə dünya çempionatı davam edir.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın qadın karateçisi İrina Zaretska final görüşünü keçirib. 68 kq çəki dərəcəsində çıxış edən idmançının rəqibi italiyalı Silvia Semeraro olub. Qarşılaşmadan qələbə ilə ayrılan Zaretska karyerasında 2-ci dəfə dünya çempionu adını qazanıb.
Asiman Qurbanlı isə bürünc medal görüşünə çıxıb. 84 kq-dan yuxarı çəkidə yer alan idmançı çilili Rodriqo Roxasla qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Qurbanlı dünya üçüncüsü olub.