30 Noyabr 2014 19:28
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sent Etyen” klubunun hücumçusu Maks Qradel Fransa Liqasının növbəti turunda “Lion”la keçirilicək oyun öncəsi yerli mətbuata verdiyi müsahibəsində Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la bərabərə qaldıqları oyun (1:1) haqda da danışıb.

Qol.Az-ın məlumatına görə, kot d`ivuarlı futbolçu nəticənin onları qane etmədiyini, qələbə qazana bilmədikləri üçün çox üzüldüklərini bildirib:

“Biz qələbəyə layiq oyun nümayiş etdirdik. Bir neçə epizodda qola çox yaxın olduq. Doğma meydanda heç-heçə etmək bizi qane etmir. Meydana yalnız üç xal üçün çıxşmışdıq. Təəssüf ki, belə alındı. Sıx qrafiklə oyunlar keçirməyə məcburuq. İndi bizi daxili çempionatda “Lion”la oyun güzləyir. Bu qarşılaşmanın da əhəmiyyəti Avroliqa oyunu qədərdir”.

Xatırladaq ki, “Qarabağ” səfərdə “Sent Etyən”dən bir xal almaqla qrupda ikinci pilləyə yüksəlib.


Müəllif:

Oxşar xəbərlər