FİFA 2014-cü ili ən yaxşı məşqçisi mükafatına namizədlərin yekun siyahısı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, FİFA ilin ən yaxşı 3 məşqçisinin adı açıqlayıb. Bunlar ötən mövsüm "Real"la Çempionlar Liqasının qalibi olan italiyalı Karlo Ançelotti, Almaniya millisini dünya çempionu edən Yoahim Löv və 2013/2014 mövsümündə həm ÇL-də final oynayan, həm də İspaniya La Liqasını qazanan "Atletiko"nun baş məşqçisi Dieqo Simeonedi.
Qeyd edək ki, "üçlük" oktyabrın 27-də açıqlanan ilkin 10 nəfərlik siyahıdan seçilib. Onlar arasında ən yaxşısı isə 2015-ci il yanvarın 12-də bəlli olacaq.
Rüstəm