"Neftçi" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Teleqeaf.com-un məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edəcək. "Bakcell Arena"da oynanılacaq görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edəcək. Qarşılaşma saat 21:00-da start götürəcək.
Oyun öncəsi "ağ-qaralar"da yeganə itki Sezar Meza Kollinin yoxluğudur. Əməliyyat olunan paraqvaylı yarımmüdafiəçi uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Qonaqlardan Martin Mormanın Bakıdakı matçı buraxacağı dəqiqdir. Patrik Qraylın isə oyunda iştirakı sual altındadır.
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
4 avqust
21:00. "Neftçi" (Azərbaycan) - "Rapid" (Vyana, Avstriya)
Hakimlər: Dario Bel, Maryan Tomas, Kristian Novosel, Tixomir Pein (hamısı Xorvatiya)
"Bakcell Arena" stadionu
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.