6 Avqust 2022 19:23
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Konfrans Liqasına təyinat alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, Asim Xudiyev III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Tvente” (Niderland) – “Çukariçki” (Serbiya) matçının hakim-inspektoru olacaq.

Qeyd edək ki, Niderlanddakı matç avqustun 11-də keçiriləcək.

Xatırladaq ki, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək də Niderlanddakı matça təyinat alıb. Türkiyəli mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin PSV (Niderland) – "Monako" (Fransa) matçının hakim-inspektoru olacaq.


Müəllif: Teleqraf.com