Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən futzal üzrə Azərbaycan millisi son oyununa çıxıb.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, meydan sahibi Özbəkistan yığması ilə qarşılaşan milli komandamız 6:3 hesabı ilə gəlib. Vitali Borisovun dubl etdiyi oyunda digər qolları Xətai Bağırov, Amadeu, Eduardo və Fineo vurub. Turnirdəki çıxşını başa vuran millimiz yekunda 2-ci yerin sahibi olub.