"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandası böyük məbləğdə cərimələnib.
Teleqraf.com Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, Avstriya təmsilçisi maliyyə reqlamentini pozduğu üçün 7 milyon ABŞ dolları cərimələnib.
Buna səbəb ikiqat dünya çempionu Maks Ferstappenin çıxış etdiyi komandanın büdcə həddini 2,2 milyon dollar keçməsi olub.
Qeyd edək ki, "Aston Martin" isə prosedur pozuntusuna görə cərimə olunub.