Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.
Teleqraf.com xəbər verir ki, "Qalatasaray" 12-ci turda evdə "Beşiktaş"ı qəbul edib.
Görüş 2-1 hesabı ilə "Qalatasaray"ın qələbəsi ilə başa çatıb. Hesabı 18-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Mauro İkardi açıb. 28-ci dəqiqədə Cenk Tosun hesabı bərabərləşdirib. Amma İkardi 59-cu dəqiqədə komandasının qələbə qoluna imza atıb.
Qeyd edək ki, "Qalatasaray" turnir cədvəlində 24 xalla 2-ci, "Beşiktaş" isə 22 xalla 5-cidir.