26 Noyabr 2022 00:38
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyununda qalib müəyyənləşməyib.

Teleqraf.com-un məlumatına görə, komandaların qol vurmaq üçün bir neçə imkanı olsa da, qarşılaşmada hesab açılmayıb.

Beləliklə, ilk 2 turdan sonra britaniyalılar 4 xalla qrupa başçılıq edir. 3 xalı olan İran yığması ikincidir. ABŞ 2 xalla 3-cü, Uels isə 1 xalla sonuncudur.

Qeyd edək ki, B qrupunda son turun görüşləri noyabrın 29-da olacaq. İngiltərə Uelslə, ABŞ isə İranla üz-üzə gələcək.

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyunu başlayıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Oyunu burdan izləyə bilərsiniz

***

DÇ-2022-nin 2-ci turunda bu saat 23:00-da start götürəcək İngiltərə - ABŞ oyunu üçün heyətlər açıqlanıb.

Teleqraf.com xəbər verir ki, komandalar matça aşağıdakı tərkibdə çıxacaqlar:
İngiltərə: 1. Cordan Pikford (q), 12. Kiran Tripyer, 5. Con Stounz, 6. Harri Maquayr, 3. Lyuk Şou, 4. Deklan Rays, 22. Cud Bellingem, 17. Bukayo Saka, 19. Meyson Maunt, 10. Rahim Sterlinq; 9. Harri Keyn (k)

ABŞ: Mett Törner, Serjino Dest, Uoker Zimmerman, Tim Rim, Antoni Robinson, Ueston Makkenni, Tayler Adams, Yunus Musa, Tim Veah, Haci Rayt, Kristian Pulişiç


Müəllif: Teleqraf.com