28 Noyabr 2022 19:13
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatının H qrupunda II tura start verilib.

Teleqraf.com-un məlumatına görə, turun ilk oyununda Qana millisi Cənubi Koreya ilə qarşılaşıb. Görüş Afrika təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İlk qolu 24-cü dəqiqədə Məhəmməd Salisu vurub. 10 dəqiqə sonra Məhəmməd Kudus ikinci topu asiyalıların qapısından keçirib. İlk hissə bu hesabla yekunlaşıb.

İkinci yarıya daha yaxşı başlayan Cənubi Koreya yığması Sun Kyu Çonun 58 və 61-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə Kudus qoyub. Niderland "Ayaks"ında çıxış edən yarımmüdafiəçi 68-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra Qana 3 xalla 2-ci pilləyə yüksəlib. 1 xalı olan Cənubi Koreya seçməsi isə sonuncudur.

Qeyd edək ki, bu qrupda II turun digər oyunu Portuqaliya və Uruqvay yığmaları arasında olacaq.

***

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Qana yığmaları arasında H qrupunun II tur oyununda daha 2 qol vurulub.

Teleqraf.com-un məlumatına görə, 68-ci dəqiqədə Məhəmməd Kudus Afrika təmsilçisini yenidən hesabda önə çıxarıb - 3:2.

***

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Qana yığmaları arasında H qrupunun II tur oyununda 3-cü qol vurulub.

58-ci dəqiqədə fərqlənən Asiya təmsilçisinin futbolçusu Sun Kyu Ço fərqi minimuma endirib - 1:2.

***

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Qana yığmaları arasında H qrupunun II tur oyununda hesab dəyişib.

Teleqraf.com xəbər verir ki, Afrika təmsilçisi 2-ci topu rəqibin qapısından keçirib. 34-cü dəqiqədə Məhəmməd Kudus fərqlənib.

***

17:34

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Qana yığmaları arasında H qrupunun II tur oyununda hesab açılıb.

Teleqraf.com xəbər verir ki, 24-cü dəqiqədə fərqlənən Məhəmməd Salisu Afrika təmsilçisini önə keçirib.

***

17:04

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Qana yığmaları arasında H qrupunun II tur oyunu başlayıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

***

16:15

Qətərdə keçirilən dünya çempionatının H qrupunun ikinci turunda üz-üzə gələcək Cənubi Koreya və Qana yığmalarının start heyətləri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 22. Hun Çan Kvon, 25. Yun Vu Yonq, 7. Hın Min Son, 9. Sun Kyu Ço

Qana: 1. Laurens Aitiziqi, 14. Cideon Mensah, 4. Mohammed Salisu, 18. Daniel Amarte, 2. Tariq Lampte, 21. Salis Abdulsamed, 20. Mohammed Kudus, 5. Tomas Parte, 9. Cordan Ayu, 19. İnaki Uillyams, 10. Andre Ayu

Qeyd edək ki, oyun saat 17:00-da start götürəcək.


Müəllif: Teleqraf.com