Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya və Avropa çempionatlarında keçirilən oyunların sayına görə rekorda imza atıb.
Teleqraf.com xəbər verir ki, o, həm dünya çempionatında, həm də Avropa çempionatında 20-dən çox oyun keçirən ilk futbolçu olub.
O, Avropa turnirində 25 görüşdə iştirak edib, dünya çempionatı oyunlarında isə 20 dəfə meydana çıxıb. Futbolçunun 20-ci yubiley oyunu isə Cənubi Koreya komandası ilə qarşıdurma olub.
Xatırladaq ki, 37 yaşlı portuqaliyalı əvvəlki klubu “Mançester Yunayted” onunla müqaviləni ləğv etdikdən sonra azad agent statusundadır. 1/8 finalda Portuqaliya G qrupunda ikinci yeri tutacaq komanda ilə görüşəcək. G qrupunda isə Braziliya, İsveçrə, Kamerun və Serbiya milliləri yer alıb.
Qeyd edək ki, Ronaldu daha öncə də Qana millisi ilə oyunun 65-ci dəqiqəsində penaltidən qol vuraraq çıxış etdiyi 5 dünya çempionatlarında qol vuran yeganə futbolçu olub.