5 Fevral 2023 16:22
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın PSJ klubu futbolçusu Lionel Messi ilə yeni müqavilə üçün danışıq aparıldığını rəsmən açıqlayıb.

Teleqraf.com xəbər verir ki, parislilərin idman direktoru Luis Kampos argentinalı hücumçunu komandada saxlamaqda maraqlı olduqlarını etiraf edib.

O, tezliklə ortaq məxrəcə gələcəklərinə inandığını vurğulayıb: “Leo ilə yeni müqaviləni müzakirə edirik. Onun bizim layihənin bir parçası kimi burada davam etməsini istəyirik. Əgər Messi sözləşməni yeniləsə, buna yalnız şad olarıq. Ümid edirik ki, danışıqlar tezliklə müsbət yekunlaşacaq”.

Qeyd edək ki, 36 yaşlı futbolçunun PSJ ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər