11 Fevral 2023 19:59
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, günün sonuncu matçında “Qarabağ” komandası paytaxtın “Sabah” klubunu qəbul edib.

“Azersun Arena”dakı görüş 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 15-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı açıb.

İlk hissə meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. 75-ci dəqiqədə Bəxtiyar Həsənalızadə “Sabah”ın bərabərlik qolunu vurub.

Bu qarşılaşmadan sonra xallarının sayını 58-ə çatdıran Ağdam komandası vahid liderdir. Bakı təmsilçisi 53 xalla ikinci pillədə yer alıb.

Qeyd edək ki, günün ilk görüşündə “Turan Tovuz” komandası “Kəpəz”in qapısından iki top keçirib.

Turun “Səbail” – “Zirə” və “Sumqayıt” – “Şamaxı” matçları fevralın 12-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər