"Atçılıq Federasiyasının 2023-cü il ücün Cıdır yarışlarının kecirilməsinə ayırdığı yüz min manat uduş fondu atların heç bir aylıq yem pulunu ödəmir. Yaxşı olardı ki, uduş fondu artırılsın".
Bunu Teleqraf.com-a açıqlamasında at yetişdiriciləri bildirib.
Qeyd olunur ki, şəxsi təsərrüfatlarda 121 baş Cıdır yarışlarında iştirak ede bilecek at var. Qarabag və Dilboz cins təsərüfatında isə yarışlara yararlı olan təxminən 60 baş at var.
Atçılar kənd təsərrüfatı naziri İnam Kərimovdan Cıdır yarışlarının kecirilmesi ücün vəsait ayırmasını xahiş edirlər.
Onlar Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin atçılığın idman növü üzrə təcrübəsindən yararlanmağı təklif edirlər.