30 Mart 2023 13:57
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Transfermarkt” dünyanın ən bahalı futbolçularının yeni siyahısını dərc edib.

Teleqraf.com portala istinadən xəbər verir ki, ilk pillədə Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe qərarlaşıb.

25 yaşlı hücumçunun transfer qiyməti 180 milyon olaraq qiymətləndirilir.

İngiltərə "Mançester Siti"sində çıxış edən Erlinq Holann (170 milyon avro) ikinci olub. İspaniya "Real Madrid"indən braziliyalı Vinisius Junior və Almaniyanın "Borussiya" (Dortmund) klubundan ingiltərəli Cud Bellingem (hər ikisi 120 milyon avro) 3-4-cü yerləri bölüşdürürlər.

"Mançester Siti"dən ingiltərəli Fil Foden və Almaniya "Bavariya"sından Camal Musiala (hər ikisi 110 milyon avro) 5-6-cı, "Real Madrid"in uruqvaylı oyunçusu Federiko Valverde, İtaliya "Napoli"sindən nigeriyalı Viktor Osimhen və İspaniya "Barselona"sından Pedri (hər üçü 100 milyon avro) 7-9-cu sıradadırlar. 10-cu sırada "Barselona"nın digər futbolçusu Qavi (90 milyon avro) qərarlaşıb.


Müəllif: Teleqraf.com