Azərbaycanın idman gimnastı Nikita Simonov Misirin paytaxtı Qahirədə keçirilən Dünya Kubokunda finala yüksəlib.
Teleqraf.com xəbər verir ki, 27 yaşlı idmançı halqalar ilə hərəkətlərin icrasında həlledici raunda vəsiqə əldə edib.
Final çıxışları aprelin 29-da olacaq.