Azərbaycan Premyer Liqasının V turunun "Sumqayıt”la matçı "Neftçi"nin kapitanı Emin Mahmudov üçün ikiqat əlamətdar olub.
Teleqraf.com xəbər verir ki, təcrübəli futbolçu məhsuldar ötürmə etdiyi görüşdə 200-cü dəfə “ağ-qara” formanı geyinib.
Mahmudov Premyer Liqada 158 (38 qol), Azərbaycan Kubokunda 17 (4 qol), avrokuboklarda isə 25 (9 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu paytaxt klubunun yeni transferi Dieqo Valdes vurub.