Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununun təyinatları bəlli olub.
Teleqraf.com xəbər verir ki, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Horatsiu Fesnikə laynsmanlar qismində Valentin Avram və Aleksandru Çerey kömək göstərəcək.
Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək.
VAR-da portuqaliyalı Tiaqu Martins və italiyalı Paolo Valeri olacaq.
Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq "Bayer 04" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.