İngiltərənin “Mançester Yunayted” klubu “Palmeyras”ın 16 yaşlı futbolçusu Estevao Villianı almaq istəyir. Yeniyetmə həmçinin Messinyo (kiçik Messi) kimi də tanınır.
Teleqraf.com xəbər verir ki, gənc futbolçu üçün “Mançester Siti”, “Çelsi”, “Arsenal”, “Barselona” və “Real Madrid” də mübarizə aparır.
Məlumata görə, “Palmeyras” 16 yaşlı futbolçunu 60 milyon avroya sərbəst buraxmağa hazırdır.
Qeyd edək ki, hələ 2018-ci ildə Estevao 10 yaşında olarkən “Nike” ilə kommersiya müqaviləsi bağlayıb. O, idman şirkəti ilə müqavilə imzalayan ən gənc braziliyalı oyunçu olub.
Messinyo Braziliya millisinin tərkibində U-17 gənclər arasında dünya çempionatında da iştirak edib. Onun komandası dörddəbir finalda Argentina ilə mübarizədən məğlub ayrılıb (0:3), lakin futbolçunun özü turnirdə beş matçda üç qol vurub və üç məhsuldar ötürmə edib.