Birləşmiş Ərəb Əmirliklərində keçirilən futbol çempionatı zamanı Mohammed Abdur adlı hakimin verdiyi qərar narazılıqla qarşılanıb.
Hakimin 11 metrlik cərimə zərbəsi təyin etməsinə etiraz edən futbolçular gözlənilmədən baş hakimin hücumuna məruz qalıb. Hakim futbolçulara yumruq və təpik zərbələri endirdikdən sonra əlini cibinə atıb və 4 futbolçuya qırmızı vərəqə göstərib.
Bundan sonra futbolçular oynamaqdan imtina edərək stadionu tərk ediblər.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir